Bakıda avtomobil ana və oğlunu vuraraq öldürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində Ələt-Astara avtomobil yolunda “Mercedes” markalı avtomobil qəsəbə sakini Məlahət Eyvazovanı və qucağında olan azyaşlı oğlunu vurub. İnsident nəticəsində ana və oğul hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.