İranın xarici işlər naziri Cavad Zərif və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun görüş vaxtı və yeri hələ ki, müəyyən edilməyib. Bu barədə İran XİN başçısının müavini Abbas Arakçi məlumat verib.
Daha əvvəl KİV-lər İran nümayəndə heyəti ilə beynəlxalq vasitəçilərdən ibarət “altılığın” 16-20 iyun tarixlərində Vyanada keçirilməsi nəzərdə tutulan danışıqların növbəti tamformatlı raundu ərəfəsində C.Zərifin və K.Eştonun yaxın iki həftə ərzində İstanbulda görüşəcəyini yazırdılar.
“Danışıqların növbəti raundundan qabaq C.Zərif və K.Eşton arasında keçiriləcək görüşün vaxtı və yeri hələ ki, müəyəyn edilməyib”, - deyə İran KİV-ləri bazar ertəsi A.Arakçiyə istinadən yazırlar.