Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Bakıda “Royalbank” Açıq Səhmdar Cəmiyyətinin filialında dələduzluq faktı aşkar ediblər. Bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.
Bakı şəhər sakininin müraciəti əsasında aparılan araşdırma zamanı bankın 5 saylı filialının müdiri Natiq Bayramovun qulluq mövqeyindən istifadə etməklə bankda depozit hesabına yerləşdirmək adı altında Bakı şəhər sakinindən aldığı 120 min manat məbləğində pul vəsaitini rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar əlavə edərək aldatma yolu ilə ələ keçirməsi barədə məlumat təsdiqini tapıb.
Faktla bağlı dələduzluq və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanıb.
İş üzrə istintaq davam etdirilir.