Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevin Hanoya rəsmi səfəri çərçivəsində Azərbaycan və Vyetnam arasında iki hökumətlərarası sənəd imzalanıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Xüsusilə tərəflər “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və Vyetnam Sosialist Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya” imzalayıblar.