“Azərsu” ASC çərşənbə axşamı Bakının 3 rayonunun su təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yeri dəyişdirilir. Bu səbəbdən Bakının Qaradağ rayonunun Şıxlar və Qobustan qəsəbələrinə içməli suyun verilməsi 36 saat müddətinə dayandırılıb.
Bu müddətdə Qaradağ rayonunun Səngəçal, Səbail rayonunun Badamdar, Binəqədi rayonunun Xocasən və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.