2013-cü ildə Azərbaycanda dövlət qulluqçularının orta aylıq əmək haqqı 464 manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, 2014-cü il yanvarın 1-nə Azərbaycanda dövlət qulluqçularının ümumi sayı 29,7 min nəfər olub, onların 27,7%-ni qadınlar təşkil edib.
Dövlət qulluqçularının 3,7%-i inzibati vəzifələrin ali-3-cü təsnifatları üzrə, 76%-i 4-7-ci təsnifatları üzrə, 20,3%-i dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.
Komitənin məlumatına əsasən, 2013-cü ilin yekunları üzrə dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91% komplektləşdirilib.
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,2%, 30-34 yaşda 14%, 35-44 yaşda 21,8%, 45-54 yaşda 26,9%, 55-62 yaşda 16,2%, 63 və yuxarı yaşda 3,9%.