Azərbaycanın müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov çərşənbə axşamı Belçikaya yola düşür. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfərin məqsədi mayın 21-də Brüssel şəhərində NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində İSAF və post-2014 Qətiyyətli Dəstək üzrə formatlarında keçiriləcək növbəti iclaslarında iştirak etməkdir.