Təhsil naziri Mikayıl Cabbarov “Müəllimlərin etik davranış qaydaları”nın təsdiq edilməsi barədə əmr verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu əmr “Müəllimlərin etik davranış qaydaları”nın təsdiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasında fəaliyyət göstərən, mülkiyyət növündən asılı olmayaraq bütün tipdən və növdən olan təhsil müəssisələrinin rəhbərləri müəllimlərin bu qaydalarla tanış olmasını və qaydalara riayət olunmasını təmin etməlidirlər.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.
A.Zeydullayeva