Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin vəsaitləri əsasən ABŞ dollarında yerləşdirilib. Bu barədə ARDNF-in məlumatında deyilir.
2014-cü il aprelin 1-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri $36 mlrd. 618,4 mln. təşkil edir, bunun $274,5 mln.-u Azərbaycan manatında, qalanı isə digər valyutalarda yerləşdirilib.
2014-cü il aprelin 1-nə olan vəziyyətə görə, ARDNF-in investisiya portfeli $36 mlrd. 343,9 mln.-a bərabərdir. Fondun investisiya portfeli strukturunda $18 mlrd. 589,3 mln. və ya 51,2% ABŞ dollarında, 36,9% avroda, 5% funt sterlinqdə, 0,5% Avstraliya dollarında, 1,2% türk lirəsində, 1,2% rus rublunda, 0,6% Cənubi Koreya vonunda, 3,5% qızılda yerləşdirilib.
2014-cü il aprelin 1-nə olan vəziyyətə görə, ARDNF-in investisiya portfelinin aktivlərinin 36,4%-i korporativ kağızlarda, 22,3%-i agentliklər və beynəlxalq təşkilatların istiqrazlarında, 13,4%-i maliyyə istiqrazlarında, 12,6%-i qısamüddətli kommersiya kağızlarında, qalanı digər alətlərdə yerləşdirilib.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 55,97%-i Avropa ölkələrində, 19,19%-i Şimali Amerika ölkələrində, 10,39%-i Asiya-Sakit okean regionu ölkələrində, qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 82,5%-i istiqrazlarda, 6,8%-i pul bazarının depozitləri və alətlərində, 3,6%-i səhmlərdə, 3,5%-i qızılda, 38%-i daşınmaz əmlakda, 0,6%-i investisiya layihələrində yerləşdirilib.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.