2014-cü ilin yanvar-aprel aylarında Vergilər Nazirliyi bir sıra lizinq şirkəti və bank olmayan kredit təşkilatını (BOKT) qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Vergilər Nazirliyinin qeydiyyata aldığı lizinq şirkətləri bunlardır: "Azevrolizinq" MMC, "Ekolizinq" MMC, "NG KAPİTAL Lizinq" MMC, "RİCH Lizinq" MMC və "Meqalizinq" MMC.
Bundan başqa, həmin dövrdə nazirlik bir neçə BOKT-ni qeydiyyata alıb: "Mikro-Kredit" MMC, "Regional" MMC, "Fintrend" MMC, "Premium Finans" MMC və "Azmikroinvest" MMC.
Hesabat dövründə nazirlik, həmçinin “AVAND Sığorta brokeri” MMC-ni qeydiyyata alıb.