2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanda neft emalı zavodları (NEZ) istehsalın həcmini 2013-cü ilin analoji dövrü ilə müqayisədə 13,3% - 777 mln. 999,5 min manata qədər azaldıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə avtomobil benzini istehsalı 12% - 400,4 min tona qədər, birbaşa qovulan benzin istehsalı 18,6% - 42,1 min tona qədər, kerosin istehsalı 11,6% - 205,8 min tona qədər, dizel yanacağı istehsalı 17,4% - 695,4 min tona qədər, neft bitumu istehsalı 8,3% - 92,6 min tona qədər azalıb.
2014-cü ilin yanvar-aprel aylarında sürtkü yağlarının istehsalında 45,9% - 16,2 min tona qədər artım olub.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) strukturuna daxildir.