Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Anna Brassör mayın 23-də AŞPA-nın Bakıda keçiriləcək Daimi Komitəsinin iclası çərçivəsində yüksək səviyyəli danışıqlar aparacaq. Bu barədə təşkilatın saytında məlumat verilir.
Mayın 22-də onun Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub.
Mayın 23-də A.Brassör xarici işlər naziri Elmar Məmmədyarov və baş nazir Artur Rasizadə ilə görüşəcək.
Həmin gün AŞPA sədri mətbuat konfransı keçirəcək.