Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
İmtahanda iştirak etmək üçün sənəd vermiş 18,783 min abituriyentdən 1,227 min nəfəri imtahanda iştirak etməyib. İmtahan qaydalarını pozduqlarına görə 63 abituriyentin imtahan nəticələri ləğv edilib.
Ən yüksək nəticə I ixtisas qrupu üzrə 700 mümkün baldan 637 bal, IV ixtisas qrupu üzrə 644 bal olub.
İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.
A.Zeydullayeva