Cənubi Koreyanın “MECEN İPC Co. Ltd” şirkəti Azərbaycanda birgə müəssisə yaratmağı planlaşdırır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.
Məlumatda vurğulanır ki, “MECEN İPC Co. Ltd” Azərbaycana investisiya yatırmağa hazırdır. Bununla əlaqədar şirkət birgə müəssisənin yaradılması məqsədilə Azərbaycan şirkətləri ilə əməkdaşlıq qurmaqda maraqlıdır.
“MECEN İPC Co. Ltd” plastik məmulatlar və yanğından mühafizə avadanlıqlarının istehsalı üzrə ixtisaslaşır.