Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqunun dəvəti ilə 23-24 may tarixlərində Moskva şəhərində keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfransda iştirak edəcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Səfər zamanı Z.Həsənovun S.Şoyqu və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanla ikitərəfli görüşləri planlaşdırılır.
R.Babayev