Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Braziliyanın Fortaleza şəhərində “İqlim dəyişkənliyi və uyğunlaşma” mövzusunda keçirilən beynəlxalq konqresdə iştirak edib. Bu barədə”İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Alim konqresdə “Azərbaycanın iqlim dəyişkənliyinin flora biomüxtəlifliyinə təsiri” mövzusunda məruzə ilə çıxış edib.
Konqresin işinə 47 ölkədən 716 nümayəndə qatılıb.
A.Zeydullayeva