SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə günü bir neçə rayonun qaz təchizatına məhdudiyyətlər qoyacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar saat 12:00-dək Yevlax rayonunun bir hissəsinə, saat 14:00-dək İsmayıllı rayonunun bir hissəsinə, saat 17:00-dək Beyləqan rayonunun bir hissəsinə, 18:00-dək İmişli, Abşeron, Qobustan, Tovuz, Qazax, Şəmkir, Quba, Saatlı və Göyçay rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranıb.
Saat 15:00-dan 17:00-dək Ağdaş rayonunun bir hissəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Bakıda saat 15:00-dək Xəzər rayonuna, saat 11:00-dan 12:00-dək Xətai rayonunun bir hissəsinə, saat 18:00-dək Binəqədi rayonuna qaz təchizatında fasilələr yaranıb.
Bundan başqa, gün ərzində paytaxtın Nizami və Suraxanı rayonlarının bir hissəsinə qaz fasilələrlə veriləcək.