Mayın 18-dən 21-dək Silahlı Qüvvələrin Hərbi Akademiyasında Hərbi Təhsil Sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə NATO/ABŞ Ekspert Qrupu ilə Müdafiə Nazirliyinin mütəxəssisləri arasında növbəti işçi görüşü keçirilib. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə iştirak edən ABŞ Hərbi Akademiyasının professorları Tomas Fedisin və Ceyms Kuk təhlükəsizlik mühiti və strategiyası, milli hərbi strategiyanın məqsədləri və digər məruzələrlə çıxış edərək təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.