"StartUp Azerbaijan” müsabiqəsinin Təşkilat Komitəsi milli startup-layihələrin qeydiyyatını başa çatdırıb. Bu barədə komitənin məlumatında bildirilir.
“StartUp Azerbaijan” müsabiqəsi çərçivəsində 42 layihə təqdim olunub.
Komitənin məlumatına görə, hazırda layihələrə baxılır.
Prosedura əsasən, komitə müsabiqəyə qəbul edilmiş layihələrin siyahısını təsdiq edir və ilkin ekspertizaya göndərir. İlkin ekspertiza və yarımfinalçıların müəyyənləşdirilməsi prosesi 10 gün vaxt aparacaq.
İyunun birinci yarısında yarımfinalçılar üçün beynəlxalq ekspertlərin iştirakı ilə treninqlər keçiriləcək.
Yarımfinalçıların təqdim etdiyi biznes-planların əsasında iyunun 25-nə qədər finalçılar müəyyən olunacaq. İyun ayının sonunda finalçıların investorlarla qapalı görüşü keçiriləcək.
“StartUp Azerbaijan” müsabiqəsi Azərbaycan İnternet Forumunun təşkilatçılığı və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə keçirilir.