Çərşənbə günü İran prezidenti Həsən Ruhani bəyan edib ki, ölkəsi və beynəlxalq vasitəçilərdən ibarət “altılığın” nüvə probleminin nizamlanmasına müvəffəq olmasının əlamətlərini görür.
“Danışıqların müsbət tendensiyası nüvə məsələsini həll etməyə imkan yaradacaq”, - deyə İran lideri “Twitter” səhifəsində yazıb.
“Nüvə məsələsində ifrat tələb və təhdid olmadan razılığa gəlmək mümkündür”, - deyə o qeyd edib.
Çin Xalq Respublikasında səfərdə olan H.Ruhani onu da vurğulayıb ki, çərşənbə günü Rusiya prezidenti Vladimir Putinlə məhsuldar görüş keçirib. O, Putinlə iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafını müzakirə etdiyini qeyd edib.