Cari ilin yanvar-may ayları ərzində Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 2,3 mindən artıq müraciət daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Daxil olan 2,310 min müraciətin 1,637 mini şikayət xarakterlidir, 640-ı sorğu xarakterli, 33-ü aidiyyəti üzrə olmayan müraciətlərdir.
Bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilib, əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.