Son 35 ildə ilk dəfə Madriddə korrida yarışları keçirilməyib. Bu barədə Britaniyanın BBC teleradioyayım korporasiyası məlumat yayıb.
Öküzlər eyni anda 3 matadoru yaraladıqdan sonra döyüşlər ləğv edilib. Ən ağır xəsarəti David Mora alıb. Öküz buynuzunu onun ayağına soxub. Hazırda D.Moranın vəziyyəti ağırdır.
Hər il İspaniyada 2 minə yaxın korrida yarışı keçirilir.
Korridanın əleyhdarları bunu vəhşilik adlandırsalar da, onun fanatları da var və onlardan biri də ölkənin baş naziri Mariano Raxoydur. Fanatların fikrincə, korrida milli tarixə dərindən nüfuz etmiş qədim incəsənət növüdür.