Serbiyanın Azərbaycandakı səfirliyi bu ölkədə baş verən daşqın zamanı həlak olanlara həsr olunmuş “Xatirə kitabı”nın açıldığını elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Serbiya səfirliyindən məlumat verilib.
Müxtəlif məlumatlara əsasən, təxminən 30 nəfərin həyatına son qoyan təbii fəlakətlə əlaqədar bu ölkədə 3 günlük milli matəm elan olunub.
Serb xalqına başsağlığı vermək istəyən şəxslər 22 və 23 may tarixlərində saat 11.00-dan 13.00-dək və 15.00-dan 17.00-dək İçərişəhər, Birinci Qəsr döngəsi, 70 ünvanında yerləşən diplomatik missiyaya gələrək “Xatirə kitabı”na öz ürək sözlərini sözlərini yaza bilərlər.