Hesablama Palatası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə ayrılan vəsaitlərdən məqsədyönlü istifadənin auditini keçirəcək. Bu barədə palatanın məlumatında bildirilir.
Məlumatda deyilir ki, Hesablama Palatasının kollegiyasında dövlət büdcəsindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə ayrılan vəsaitlərdən istifadəyə dair nəzarət tədbirinin proqramı təsdiq olunub.