Çinli müstəntiqlər mayın 22-də Urumçi şəhərində hücum zamanı həlak olan beş terrorçunun şəxsiyyətini müəyyən ediblər. Bu barədə Çinin ingilis dilində çap olunan “Global times” qəzeti məlumat verir.
Hazırda müstəntiqlər həmin şəxslərin ortaqlarının olub-olmadığını aydınlaşdırırlar.
Dünən Çin Xalq Respublikasının Sintszyan-Uyğur muxtar rayonunun paytaxtı Urumçi şəhərində silsilə partlayışlar baş verib. 31 nəfər terror aktlarının qurbanı olub, daha 94 nəfər yaralanıb.
Faciə şəhər bazarında baş verib: avtomobildə olan naməlum şəxslər adamlara partlayıcı qurğular atmağa başlayıblar. Bundan başqa, hücum edənlərin avtomobillərindən biri partlayaraq havaya uçub.