SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Qalmaz” yatağında yeraltı qaz anbarı kimi istifadə olunan 630 nömrəli quyuya qaz vurulmasına başlayıb. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
630 nömrəli quyu 2014-cü ilin fevral ayında istismara verilib.
“Quyuya sutkada 240 min kubmetr qaz vurulur ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq”, - deyə məlumatda vurğulanır.
“Qalmaz” yeraltı qaz anbarı Bakıdan 75 km cənub-şərqdə yerləşir və 1955-ci ildə istismara verilib. Ümumilikdə SOCAR-ın balansında 2 yeraltı qaz anbarı var. Bunlar “Qalmaz” və “Qaradağ” qaz anbarlarıdır.