Azərbaycan və Bolqarıstan kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair memorandum imzalayacaq. Bu barədə Bolqarıstan mətbuatı bu ölkənin Əkinçilik Nazirliyinə istinadən məlumat verib.
Sənəd Bolqarıstanın əkinçilik naziri Dimitro Qrekovla Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun Bakıda baş tutan görüşü zamanı razılaşdırılıb.
Memorandum kənd təsərrüfatı, heyvandarlıq və bitkiçilik sahələrində birgə məsləhətləşmələr, təcrübə mübadiləsi və elmi araşdırmalar vasitəsilə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.