ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti Didye Burkhalter 1-2 iyun tarixlərində Azərbaycana rəsmi səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbələrdən məlumat verilib.
Səfər çərçivəsində ATƏT sədri prezident İlham Əliyev, XİN başçısı Elmar Məmmədyarov və “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərovla görüşlər keçirəcək.
Görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlar prosesinin gedişi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
D.Burkhalter Bakıdan Ermənistana və Gürcüstana yola düşəcək.