Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Rəşid Meredov və Əhməd Davudoğlu bazar ertəsi Bakıda üçtərəfli görüş keçiriblər. Görüşdə enerji layihələri, xüsusilə enerji marşrutlarının çəkilməsi məsələləri müzakirə olunub.
Bundan başqa, nazirlər regional və beynəlxalq əməkdaşlıq, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin göstərilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.