“Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnamə kapitalı 21,2% - 726 mln. 146,366 min manatadək artır.
QSC-nin nizamnamə kapitalının artırılmasına dair qərar Nazirlər Kabineti tərəfindən qəbul edilib.
Nizamnamə kapitalı bir qiymətli kağızın nominal dəyəri 2 manat olan 363 mln. 73,183 min ədəd səhmə bölünəcək.
Nazirlər Kabinetinin qərarı ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə QSC-nin nizamnamə kapitalının artırılması ilə bağlı bütün məsələləri həll etmək tapşırılıb.