Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun gənc alimləri Parisdə treninqlərədə iştirak edirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Təlim kursu Geologiya və Geofizika İnstitutu, Fransanın Pyer və Mariya Küri Universiteti və Dünyanın Geoloji Xəritəsi üzrə Komissiyası arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Kurslar Pyer və Mariya Küri Universitetində “ArcGİS” xəritəçəkmə proqramı üzrə aparılır. Məqsəd rəqəmsal geoloji xəritələrin və müxtəlif məlumat bazalarının yaradılması sahəsində təcrübə və imkanları artırmaqdır.
Tofiq Rəşidov, Fuad Əliyev və Ülvi Vahabovun iştirak etdiyi təlim universitetin tanınmış mütəxəssisi Dr. Bruno Vrielink tərəfindən keçirilir.
Kursun yekununda yeni geoloji xəritənin elektron mühitdə məlumat bazasının işlənib hazırlanması nəzərdə tutulur.
Məşğələlər mayın 30-da başa çatacaq.
A.Zeydullayeva