2014-cü ilin yanvar-aprel aylarında “Səngəçal” istilik elektrik stansiyası (İES) 300,3 mln. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə "Azərenerji" ASC-nin məlumatında deyilir.
Apreldə “Səngəçal” İES təxminən 81,3 mln. kVt/saat elektrik enerjisi istehsal edib.
“Səngəçal” elektrik stansiyası 2008-ci ilin dekabr ayında istismara verilib. Stansiya hər birinin gücü 16,7 meqavatt olan 18 aqreqatdan ibarətdir. Burada yanacaq kimi təbii qaz və mazut istifadə olunur.