Azərbaycan prezidenti İlham Əliyev Urumçi şəhərində terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bazar ertəsi Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Urumçi şəhərində çoxsaylı insan tələfatına səbəb olmuş terror aktı bizi olduqca hiddətləndirdi. Biz bu cür amansız hərəkətləri kəskin pisləyir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasına tərəfdar çıxırıq”, - deyə Azərbaycan prezidentinin məktubunda vurğulanır.
“Baş vermiş faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, - deyə məktubda qeyd edilir.