Azərbaycan prezidenti İlham Əliyev Dalya Qribauskayteni Litvanın prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Bu barədə bazar ertəsi rəsmi mətbuat məlumat verib.
“Bu gün Azərbaycan ilə Litva arasındakı münasibətlər dinamik inkişaf yolundadır”, - deyə İ.Əliyev bildirib və ikitərəfli və çoxtərəfli qaydada bu əməkdaşlığın möhkəmlənəcəyinə əminlik ifadə edib.