Mayın 25-də Ukraynanın Azərbaycandakı səfirliyi nəzdindəki seçki məntəqəsinə gələn seçicilərin sayı ümumi seçicilərin 38,81%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ukraynanın diplomatik missiyasından məlumat verilib.
Bülletenlərin işlənməsinin nəticələrinə görə, Pyotr Poroşenko 54,74%, Anatoli Qritsenko 10,53%, Oleq Lyaşko 8,42%, Yuliya Timoşenko 7,37%, Olqa Boqomolets 5,256%, Sergey Tiqipko 5,26%, Dmitri Yaroş 3,16%, Mixail Dobkin 1,05%, Vasili Kuybida 1,05%, Oleq Tyaqnibok 1,05% səs toplayıb.
Qalan 11 namizədə seçicilər səs verməyib. Səsvermədə iştirak edən seçicilərin Seçki Komissiyası tərəfindən etibarsız sayılan bülletenləri ümumi sayın 2,11%-ni təşkil edib.