SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi çərşənbə axşamı Azərbaycanın 9 və Bakının iki rayonunda qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli infrastrukturunda aparılan işlərlə əlaqədar saat 12:00-dək Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin bir hissəsinə, saat 18:00-dək Nizami rayonuna qazın verilişində fasilələr yaranıb.
Ölkə regionlarında saat 15:00-dək Lənkəran rayonunun, saat 14:00-dək İsmayıllı rayonunun, saat 18:00-dək Biləsuvar, Siyəzən, Xaçmaz, Göyçay, Ağdaş, Samux və Ağstafa rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.