Azərbaycanın xalq yazıçısı, dövlət mükafatı laureatı, dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibəti ilə mayın 30-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində “Büllur sarayda” tamaşasının premyerası olacaq. Premyera ilə əlaqədar olaraq mayın 29-da saat 12:00-da "İnterfaks-Azərbaycan" agentliyinin mətbuat mərkəzində tamaşanın quruluşçu rejissoru, Azərbaycanın xalq artisti Aleksandr Şarovskinin rəhbərlik etdiyi yaradıcı qrupun iştirakı ilə mətbuat konfransı keçiriləcək.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07