Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və İsveçrənin Rusiya və MDB ölkələri üzrə Birgə Ticarət Palatası arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında bildirilir.
Memorandum Berndə Azərbaycan-İsveçrə biznes forumunun yekunları üzrə imzalanıb.
Bundan başqa, forumda qeyd edilib ki, İsveçrənin "Switzerland Global Enterprise" təşkilatı ilə AZPROMO arasında əməkdaşlığa dair Memorandum razılaşdırma mərhələsindədir.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.