Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Əlcəzairə yola düşüb. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
E.Məmmədyarov Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin 28-29 may tarixlərində Əlcəzairdə keçiriləcək XVII iclasında iştirak edəcək.