Bakıda fərdi evdə baş verən yanğın nəticəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən kişi cəsədi aşkar edilib. Bu barədə cümə axşamı nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, Sabunçu rayonunda Samir Əliyevə məxsus ümumi sahəsi 90 kv.m olan dörd otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin cəsədi aşkar edilib.
Faktla əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.