SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi cümə axşamı Azərbaycanın 3, Bakı şəhərinin 2 rayonunda qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birlikdən məlumat verilib.
Qaz nəqli infrastrukturunda aparılan işlərlə əlaqədar saat 14:00-a qədər Hacıqabul rayonunun, saat 18:00-a qədər Şabran və Tovuz rayonlarının bir hissəsinə qazın verilişində fasilələr yaranıb.
Saat 11:00-dan 16:00-a qədər Bakının Xətai rayonunun və səhər saatlarından saat 14:00-a qədər Sabunçu rayonunun bir hissəsinə qaz fasilələrlə veriləcək.
N.Abbasova