Bakı polisi narkotik maddələrin saxlanması və satışında şübhəli bilinən paytaxt sakinini saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Səbail rayon Polis İdarəsinin əməkdaşları vətəndaş Vadim Seleznyovun (1976-cı il təvəllüdlü) üzərindən 4,15 kq marixuana və 780 qram tiryək aşkar ediblər.
Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ilə cinayət işi açılıb, istintaq gedir.