“ABB-Moskva” bankı (Azərbaycan Beynəlxalq Bankının törəməsi) özündə klassik bank xidmətlərini və qiymətli kağızlara investisiyaları birləşdirən "Freewill" struktur məhsulunun tətbiqinə başlayır. Bu barədə bankın məlumatında qeyd edilir.
Məhsul gəlirliliyi bank depozitlərinin gəlirliliyi səviyyəsindən yuxarı artırmaq məqsədilə müxtəlif alətlərdən istifadə etməyə imkan verir.
Bankın icraçı direktoru Fəqan Nağıyevin vurğuladığı kimi, "Freewill" struktur məhsulunun əsas üstünlükləri yüksək gəlirliliyin aşağı risklərlə uyğunluğu, struktur məhsulun yaradılmasında çeviklik və valyuta risklərini diversifikasiya etmək imkanıdır.
“ABB-Moskva” bankı 2012-ci ildə Investment banking istiqamətini yaradıb və qiymətli kağızlar bazarının peşəkar iştirakçısı lisenziyası əsasında broker xidmətləri və qiymətli kağızların idarəedilməsi xidmətləri göstərir.
“ABB-Moskva” bankı 2002-ci ildə təsis edilib.
“ABB-Moskva” bankı Rusiyanın ən iri kredit-maliyyə idarələrinin TOP-150-nə daxil olan universal bankdır. Hazırda bankın şəbəkəsi Moskva, Sankt-Peterburq və Yekaterinburq şəhərlərində ofislərlə təmsil olunur.