Azərbaycan prezidenti İlham Əliyev və Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçer enerji sahəsində ikitərəfli əməkdaşlığın yüksək səviyyəsini qeyd edirlər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Tərəflər əməkdaşlığın möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd ediblər, əlaqələrin genişləndirilməsində parlamentlərarası münasibətlərin əhəmiyyətini vurğulayıblar və sənaye, infrastruktur, investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparıblar.
Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini K.Pinçerin diqqətinə çatdırıb.