Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və YUNESKO-nun Baş Konfransının prezidenti Hao Ping Bakıda keçirilən görüşdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ə.Qarayev qonağa Azərbaycan-YUNESKO əməkdaşlığının tarixi, mövcud vəziyyəti və gələcək perspektivləri, həmçinin ölkə hökumətinin bu məsələyə diqqəti barədə məlumat verib.
Nazir H.Pingə bildirib ki, ötən il YUNESKO ilə Azərbaycan hökuməti arasında imzalanan 5 illik Çərçivə Sazişə əsasən, Azərbaycan YUNESKO-nun beynəlxalq tədbirlərinə maliyyə dəstəyi ilə çıxış edəcək.
H.Ping Azərbaycanda ilk dəfə səfərdə olduğunu deyib və ölkənin inkişafını yüksək qiymətləndirib.
O, həmçinin hazırda YUNESKO-un Baş Konfransının prezidenti, eyni zamanda Çinin təhsil nazirinin müavini, YUNESKO üzrə Çinin Milli Komissiyasının direktoru kimi Azərbaycan, Çin və YUNESKO arasında mədəniyyət və turizm sahələrində əlaqələri və humanitar əməkdaşlığı önə çəkmək niyyətində olduğunu vurğulayıb.