Xəzər dənizində 4,6 bal gücündə zəlzələ baş verib.
Qazaxıstan Geofiziki Tədqiqatlar İnstitutunun Seysmoloji İnformasiyanın Toplanması və İşlənməsi Mərkəzindən cümə günü verilən məlumata görə, dünən axşam qeydə alınmış zəlzələnin enerji sinfi 9,6 təşkil edib.
Zəlzələnin episentrinin koordinatları belədir: 43 dərəcə 06 dəqiqə şimal en dairəsi, 50 dərəcə 43 dəqiqə şərq uzunluq dairəsi.