Azərbaycanın Vyetnamdakı səfirliyi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə xeyriyyə aksiyası keçirib. Bu barədə bazar ertəsi səfirliyin yaydığı məlumatda deyilir.
Aksiya Vyetnamın “Making Dreams Come True” könüllülər təşkilatı ilə birgə təşkil olunub.
Aksiya çərçivəsində səfirliyin əməkdaşları Hanoydakı “Ben Vien” xəstəxanasında onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar və onların valideynləri ilə görüşüblər. Onlar uşaqları təbrik edib, 1-16 yaşlı 50-dən çox uşağa müxtəlif geyim, oyuncaq və kitablar hədiyyə ediblər.
Y.Əliyev