2014-cü ilin mart ayının yekunları üzrə Bakıda təkrar mənzil bazarında mənzillərin bir kvadratmetrinin ortа qiyməti fevral ayı ilə müqayisədə 2,06% artaraq $2,033 min təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə "MBA Group" konsaltinq şirkətindən məlumat verilib.
2013-cü ilin mart ayı ilə müqayisədə Bakıda təkrar mənzil bazarında qiymətlər 29% artıb.
“Daşınmaz əmlak bazarında qiymətlərin sıçrayışlı artması səbəbini son vaxtlar Bakı şəhərində "Sovetski" adlanan ərazidəki evlərin sökülməsi barədə verilən qərarla əsaslandırmaq olar. 1500-2000 ədədə yaxın yaşayış mənzilinin sökülmə qərarı satışda olan evlərin qiymətinə təsirsiz ötüşməyib. Digər tərəfdən isə daşınmaz əmlak bazarındakı qiymətlərin artması son aylarda qiymətlərin daha çox artacağı ehtimallarının əhali tərəfindən qəbul olunması ilə bağlı satıcıların ehtiyatlı tərpənmələri olduğunu da demək olar”, - deyə şirkətdən bildiriblər.
$85-95 min dəyərində mənzillər satış portfelində ən böyük - 38,5% paya malikdir. Mənzillərdə otaqların orta sayı 2,5, bir otağın orta qiyməti $66,488 min, mənzilin orta qiyməti $171,119 min təşkil edib.