Ötən həftə Azərbaycan polisi axtarışda olan 68 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (26 may-1 iyun) baş vermiş bədbəxt hadisələr nəticəsində 18 nəfər həlak olub, 10 nəfər yaralanıb və zəhərlənib, 3 intihar hadisəsi qeydə alınıb.
6 nəfər qətldə, 11 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 31 nəfər oğurluqda, 10 nəfər qarətdə, 3 nəfər avtomobil qaçırmaqda, 7 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 11 fakt qeydə alınıb.