Hollandiyadakı türk diasporu bir müddət əvvəl Almelo şəhərində qondarma erməni soyqırım abidəsinin ucaldılmasına qarşı etiraz aksiyası keçirib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilir.
İki saat davam edən və 5 min nəfərin qatıldığı aksiyada Niderlandın Azərbaycan diasporu nümayəndələri də iştirak edib.
Almelo şəhərinin Remrandt Meydanında baş tutan mitinqdə qeyd olunub ki, sözügedən abidənin ucaldılması geniş ictimaiyyətin narahatlığına səbəb olub.
Etirazçılar Türkiyə və Azərbaycan bayraqlarını dalğalandırıblar, erməni lobbisinin yürütdüyü qondarma erməni soyqırımına dair yalan təbliğatı pisləyiblər.